Sabahdan Misirdə aksiyalar başlayır

Sabahdan Misirdə aksiyalar başlayır
# 31 oktyabr 2013 16:51 (UTC +04:00)

Bakı - APA. Noyabrın 4-də Misirin sabiq prezident Məhəmməd Mursi ilə bağlı məhkəmə prosesi başlayacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Müsəlman Qardaşları Hərəkatının daxil olduğu Qanuna Dəstək Uğrunda Alyans ölkə vətəndaşlarını sabahdan meydanlara çıxmağa çağırıb.

Ən böyük kütləvi aksiyanın məhkəmə prosesinin keçiriləcəyi Tora həbsxanası yaxınlığındakı Polis Akademiyasının binası önündə təşkil ediləcəyi gözənilir. Alyans aksiyaların noyabrın 4-ə, məhkəmənin ilk iclasına qədər fasiləsiz davam edəcəyini bəyan edib. Bəyanatda vurğulanıb ki, Məhəmməd Mursi ilə bağlı məhkəmə prosesi əslində 2011-ci il yanvarın 25-də baş verən inqilabın iştirakçılarından intiqam alınması və Hüsnü Mübarək rejiminin hakimiyyətə qaytarılması cəhdidir.

Misir Daxili İşlər Nazirliyi isə icazəsiz aksiyaların keçirilməsinin qarşısının alınacağı barədə xəbərdarlıq edib. Bu məqsədlə 20 min polis əməkdaşı səfərbər edilib.

Qeyd edək ki, Məhəmməd Mursi iyulun 3-də ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR