Bu il Azərbaycanda vergi orqanlarının xətti ilə büdcəyə 5,8 mlrd. manat daxil olub

Bu il Azərbaycanda vergi orqanlarının xətti ilə büdcəyə 5,8 mlrd. manat daxil olub
# 15 noyabr 2013 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunmuş vergi daxilolmalarının həcmi 5 768 165,6 min manat təşkil edib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 39,3%-i mənfəət vergisi, 24%-i əlavə dəyər vergisi, 11,7%-i fiziki şəxslərin gəlir vergisi, 7,4%-i aksizlər, 17,6%-i isə digər vergilərin payına düşüb.

Qeyri-neft sektoru üzrə büdcəyə 3 088 887,6 min manat vəsait daxil olub.

Yanvar-oktyabr aylarında ölkə üzrə 59 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 777 (49,8%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin noyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 529 313 təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 12,1% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR