“Diplomat” jurnalında Azərbaycanın Böyük Britaniyadakı səfirinin məqaləsi dərc olunub - FOTO

“Diplomat” jurnalında Azərbaycanın Böyük Britaniyadakı səfirinin məqaləsi dərc olunub - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 16:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun “Diplomat” jurnalında ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründəki uğurlarından bəhs edən məqaləsi dərc edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, müəllif 2011-ci ildə BMT-yə üzv dövlətlərin böyük dəstəyi ilə qeyri-daimi üzv seçilmiş Azərbaycanın 2 il ərzində bu təşkilatın əsas dəyər və prinsiplərinə sadiq qaldığını yazıb.

Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycan beynəlxalq ictimaiyyəti maraqlandıran əsas məsələlərə diqqət yetirib. 2012-ci ilin may ayında terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi üçün xüsusi iclas çağırılıb. Prezident İlham Əliyev iclasda çıxışı zamanı BMT-yə üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və bu problemlə məşğul olan müvafiq strukturların imkanlarını artırmağın əhəmiyyətini vurğulayıb. İclasda terrora qarşı mübarizədə BMT ilə regional təşkilatlar və üzv dövlətlər arasındakı əməkdaşlığın gücləndirilməsi vacib sayılıb.

Məqalədə qeyd olunub ki, 2013-cü ilin oktyabrında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair iclas çağırıb. İclasda müxtəlif dəyərlərin dərk edilməsi, inanc və dinlərə hörmət məsələləri müzakirə edilib. Məqalədə III Bakı Beynəlxalq Humanitar Forumu nümunə göstərilərək, Azərbaycanın xüsusən son dövrlərdə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün beynəlxalq səviyyədə aktual mövzuların müzakirə edildiyi məkanına çevrildiyi diqqətə çatdırılıb.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Afrikanın üzləşdiyi çətinliklər müzakirəyə çıxarılan əsas məsələlərdən biri olub. Azərbaycanın təşəbbüsü ilə BMT-yə üzv dövlətlərin Afrikaya səfərləri təşkil edilib. Ölkəmizin gündəmə gətirdiyi digər məsələ isə humanitar fəlakətlərə beynəlxalq səviyyədə sürətli yardım olub. Məqalənin sonunda BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə əldə edilən uğurların Azərbaycanın gənc diplomatiyasının geniş potensialını nümayiş etdirdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR