Sergey Lavrov: “Rusiya heç bir ölkəyə təzyiq etmir” - FOTO

Sergey Lavrov: “Rusiya heç bir ölkəyə təzyiq etmir” - <span style="color: red;">FOTO
# 19 noyabr 2013 10:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Təəssüflər olsun ki, Rusiya Avropa Birliyinin məmurları tərəfindən “Şərq tərəfdaşlığı” çərçivəsində AB ilə saziş imzalamaq istəyən ölkələrə təzyiq edən dövlət kimi təqdim olunur. Rusiya heç bir ölkəyə təzyiq etmir. “Şərq tərəfdaşlığı” çərçivəsində AB ilə saziş imzalamaq istəyən qonşu ölkələr suveren dövlətlərdir. Bu, onların öz suveren qərarlarıdır. Biz onların qərarlarına hörmətlə və sakit yanaşırıq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə keçirdiyi birgə brifinqdə bildirib.

S. Lavrov deyib ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsi iqtisadi layihədən çox, siyasi layihədir: “Bu layihə siyasiləşdirilib. Biz bu layihədə iştirak edən ölkələrə təzyiq göstərmirik. Sadəcə, onlara öz təklifimizi söyləmişik. Həm Avropa Birliyi, həm də bu layihədə iştirak edən qonşu ölkələr bizim iqtisadi tərəfdaşlarımızdır. Biz həmin ölkələrə bu layihədə iştirak edəcəkləri təqdirdə iqtisadi əlaqələrimizə yenidən baxacağımızı söyləmişik. Bu, təzyiq deyil. Bizim də öz iqtisadi maraqlarımız var. Bizim maraqlarımız çox sadədir. Məsələ qonşu ölkələrin bu sazişi imzalaması deyil. “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində qonşu ölkələrlə saziş imzalansa, biz öz bazarlarımızı qorumaq məcburiyyətində qalacağıq. Ona görə də, bunu əvvəlcədən həmin ölkələrə demişik ki, sonradan bizdən inciməsinlər. Avropa Birliyi isə bizim həmin ölkələrə təzyiq etdiyimizi deyir. Onların arqumentləri təmiz deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR