Azərbaycanın sənayeçilərinin orta aylıq əmək haqqı 10% artıb

Azərbaycanın sənayeçilərinin orta aylıq əmək haqqı 10% artıb
# 17 iyun 2014 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 1,5% artaraq 184,7 min nəfər təşkil edib, onların orta aylıq əmək haqqı isə 10,2% artaraq 701,6 manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ı verilən məlumata görə, işçilərin 35,9 min nəfəri mədənçıxarma, 91,4 min nəfəri emal, 31,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha yüksək artımı emal bölməsinin poliqrafiya fəaliyyəti, içki, qida məhsullarının, avtomobil və qoşquların, rezin və plastmas məmulatların ,elektrik avadanlıqlarının, kağız və karton, ağac emalı və ağacdan məmulatların, geyim, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, sair nəqliyyat vasitələrinin, neft məhsullarının, dəri və dəri məmulatlarının, tütün məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 13,5% artaraq 858,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR