Görkəmli bəstəkar Süleyman Ələsgərovun əsərlərindən ibarət konsert hazırlanıb - FOTO

Görkəmli bəstəkar Süleyman Ələsgərovun əsərlərindən ibarət konsert hazırlanıb - <span style="color: red;">FOTO
# 18 fevral 2014 13:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın görkəmli bəstəkarı, dirijoru, xalq artisti Süleyman Ələsgərovun 90 illik yubileyi münasibətilə bəstəkarın əsərlərindən ibarət Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri ilə konsert proqramı hazırlanıb.

APA-nın məlumatına görə, konsert AzTV-nin Musiqi kollektivlərinin bədii rəhbəri, Dövlət Səsyazma Evinin direktoru Ramil Qasımovun təşəbbüsü ilə hazırlanıb. Fevralın 22-də bəstəkarın 90 illik yubileyidir. Məhz bununla əlaqədar olaraq Süleyman Ələsgərovun “Gözlə məni”, “Vətənimdir”, “Eşq olsun sənətkara”, ”Mingəçevir”, ”Qarabag” əsərləri Azərbaycan Televiziyasında tamaşaçılara təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR