Biləsuvarda iki minik avtomobili toqquşub

Biləsuvarda iki minik avtomobili toqquşub
# 15 may 2014 11:00 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsi ərazisində qeydə alınıb.

Biləsuvar rayon sakini Şahin Usubov “VAZ-21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Biləsuvar rayon sakini Səmədağa İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, “VAZ-2106” markalı avtomobil güclü zərbədən yararsız hala düşüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR