Avropa Parlamentin deputatı: “Avropa Birliyi Cənubi Qafqazla münasibətlərində böyük səhvə yol verir“

Avropa Parlamentin deputatı: “Avropa Birliyi Cənubi Qafqazla münasibətlərində böyük səhvə yol verir“
# 22 noyabr 2013 13:17 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Avropa Birliyi Cənubi Qafqazla münasibətlərində böyük səhvə yol verir”. APA-nın məlumatına görə, bu barədə AB-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə parlament əməkdaşlıq komitəsinin parlament nümayəndə heyətinin sədri Milan Kabrnoxun Avropa Birliyi ilə əlaqəli olan “Parlament” jurnalında dərc olunmuş məqaləsində deyilir.

Məqalədə müəllif son 4 il yarım ərzində müntəzəm olaraq Cənubi Qafqaz ölkələrinə nümayəndə heyətinin üzvü kimi səfərlər etdiyini, seçkilərin izlənilməsi zamanı milli parlament, hökumət üzvləri, QHT təmsilçiləri və bu ölkələrin vətəndaşları ilə müzakirələr apardığını yazıb. Milli təhlükəsizliyin Cənubi Qafqaz ölkələri üçün önəmli olduğunu qeyd edən müəllif təəssüf hissi ilə AB-nin bu sahədə həmin ölkələrə köməklik göstərmədiyini, monitorinq missiyası həyata keçirilməsi və ya münaqişələri pisləyən qeyri-müəyyən bəyanatlar verməkdən əlavə hər hansı bir yardım göstərmədiyini vurğulayır. M. Kabrnox AB-nin tərəddüdlü, qeyri-müəyyən siyasətinin Rusiyaya keçmiş SSRİ əraziləri üzərində nəzarəti bərpa etmək fürsətini verdiyini qeyd edir. Onun sözlərinə görə, AB-nin region ölkələrinə verdiyi vədlər yalnız sözdən ibarətdir, Rusiya isə bu ölkələrə silah, təhlükəsizlik, neft və qaz vəd edir.

Məqalənin sonunda M. Kabrnox AB-ni regiondakı ölkələrdə demokratiya, insan hüquqları və media azadlığını təşviq etməyə və regiondakı cari münaqişələrin həllində fəallıq göstərməyə səsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR