İran prezidenti ilə Rusiya baş nazirinin müavini arasında görüş keçirilib - FOTO

İran prezidenti ilə Rusiya baş nazirinin müavini arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 23 noyabr 2013 14:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün Tehranda İran prezidenti Həsən Ruhani ilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin arasında görüş keçirilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, H. Ruhani bildirib ki, İran nüvə məsələsinin beynəlxalq qanunlar çərçivəsində həll edilməsini istəyir: “İran kütləvi qırğın silahlarına sahib olmaq niyyətində deyil”.

İran prezidenti iki ölkənin Yaxın Şərq və beynəlxalq aləmdəki ortaq məqsəd və maraqlarına da toxunub: “İran və Rusiya münasibətləri qədimdir və dostluq əlaqələrinin genişləndirməsi və dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR