Dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə nəzarət məqsədilə videokameralar quraşdırılıb

Dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə nəzarət məqsədilə videokameralar quraşdırılıb
# 10 aprel 2014 13:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, videokameraların quraşdırılması, həmçinin, uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR