Təhsil nazirinin vətəndaşları qəbul vaxtında dəyişiklik edilib

Təhsil nazirinin vətəndaşları qəbul vaxtında dəyişiklik edilib
# 15 may 2014 15:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarovun mayın 19-da Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov mayın 26-da saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, 29, 30 aprel və 1, 2 may tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng edərək və ya “Elektron müraciət” bölməsi vasitəsilə qeydiyyatdan keçmiş vətəndaşlar 26 may tarixində qəbul ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR