Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Azərbaycan vətəndaşına gözündən atəş açıb

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Azərbaycan vətəndaşına gözündən atəş açıb
# 16 sentyabr 2013 15:14 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Simferopol dəmir yolu vağzalında iki kişi arasında məişət zəminində mübahisə qanlı sonluqla nəticələnib.

Sumsk vilayətinin sakini, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı sərxoş vəziyyətdə Azərbaycan vətəndaşına atəş açıb. Güllə onun gözündən dəyib. Azərbaycanlını xəstəxanaya çatdırsalar da, gözünü xilas etmək mümkün olmayıb. Milis əməkdaşları Ukrayna vətəndaşını saxlayıb. Hazırda prokurorluqda faktla bağlı araşdırma aparılır.

Bildirilir ki, hadisə vaxtı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Krımda məzuniyyətdə olub. Bundan əvvəl onun adı xuliqanlıqda və yol polisinə müqavimətdə hallanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR