Göygöldə tikintidə bədbəxt hadisə baş verib, bir nəfər ölüb

Göygöldə tikintidə bədbəxt hadisə baş verib, bir nəfər ölüb
# 16 aprel 2014 21:18 (UTC +04:00)

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün, rayonun Hacıməlik kəndi yaxınlığında baş verib.

Tikintidə işləyən iki fəhlənin üstünə mişar daşları tökülüb. Hadisə zamanı Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmməd oğlu Məmmədov və Ağcabədi rayon Təzəkənd kənd sakini, 45 yaşlı Ayaz Məhərrəm oğlu Nuriyev bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. Əliqəmə Məmmədovun vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR