“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak istefa verib

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak istefa verib
# 22 noyabr 2013 18:09 (UTC +04:00)

Bakı-APA. “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak istefa verib.

Apasport.az saytının məlumatına görə, “Topaz” Premyer Liqası çərçivəsində keçirilən XIV turda komandası “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Məlumata görə, son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.

Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran” oyunçularını 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə imza atıb. Onun yetirmələri 24 qol vurub, qapılarından isə 42 top buraxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR