Təbrizli bəstəkar azadlığa çıxıb - FOTO

Təbrizli bəstəkar azadlığa çıxıb - <span style="color: red;">FOTO
# 27 aprel 2014 21:01 (UTC +04:00)

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Həsən Dəmirçi (Həsənağa Azərbaycan) aprelin 27-də günorta saatlarında həbs cəzasını bitirdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, H. Dəmirçi 2013-cü il noyabrın 4-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən evində həbs edilib. Azərbaycanlı bəstəkara həbsdə saxlanıldığı müddətdə ailə üzvləri ilə görüşə maneə yaradılıb, vəfat etmiş bacısının dəfn mərasimində iştiraka icazə verilməyib.

Yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən H. Dəmirçi müxtəlif psixi təzyiq və təhqirlərə də məruz qoyulub. O, Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə indiyədək bir neçə dəfə tutulub. Ötən ilin iyulunda Təbriz məhkəməsi H. Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə şərti həbs cəzasına məhkum etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR