Sakit Alıyev: “Turan”ın adını dəyişən erməni kimi bir şeydi”

Sakit Alıyev: “Turan”ın adını dəyişən erməni kimi bir şeydi”
# 09 sentyabr 2013 13:04 (UTC +04:00)

Bakı – APA. “Komandanın adının dəyişdirilməsi, düzgün deyil. “Turan”ın adını dəyişən erməni kimi bir şeydi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Sakit Alıyev deyib.

Uzun illər Tovuzun “Turan” klubunda oynamış, sonradan məşqçi və baş məşqçi kimi çalışan Alıyev komandanın adının dəyişdirilməsinə münasibət bildirib.

Alıyev 1993/94 mövsümünün Azərbaycan çempionu olan, ölkəmizi avrokuboklarda təmsil edən ilk klubun köhnə adından imtina edərək “Turan-T”yə dəyişməsinə qarşı çıxıb: “Bu, komanda 20 ildir türk dünyası üçün müqəddəs sayılan “Turan” adı altında çıxış edirdi, hər kəs Tovuz futbolunu bu cür tanıyırdı. Komandanın adını dəyişən Tovuzu istəməyən qüvvələrdi. Yenə deyirəm, bunu kim edibsə, erməni kimi bir şeydi. Yerli azarkeşlər, futbol ictimaiyyəti buna qarşı çıxmalı idi. Ancaq sıravi adamlar ciddi addım atmaq iqtidarında deyillər. Komandada işləyən, oynayan futbolçular isə nədənsə çəkindikləri üçün səslərini çıxartmırlar. Görünür, onlar hansısa qüvvələrin qabağında gözükölgəlidirlər”.

Qeyd edək ki, 1992-ci il fevralın 13-də yaranan “Turan” klubu bu il I diviziona yuvarlandıqdan sonra adını dəyişərək “Turan-T” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR