Naməlum şəxslər Krım Ali Sovetinin və Nazirlər Şurasının binalarını zəbt ediblər - VİDEO

Naməlum şəxslər Krım Ali Sovetinin və Nazirlər Şurasının binalarını zəbt ediblər - <span style="color: red;">VİDEO
# 27 fevral 2014 07:45 (UTC +04:00)

Bakı – APA. Naməlum şəxslər fevralın 26-dan 27-ə keçən gecə Krım Ali Sovetinin və Nazirlər Şurasının binalarını zəbt ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Krım Ali Sovetinin mətbuat xidmətinin nümayəndəsi deyib.

“Biz işə gəldik, lakin Ali Şuranın binasına daxil ola bilmirik. Bina milis tərəfindən mühasirəyə alınıb. Bizə dedilər ki, bu gün iş olmayacaq. Krım Nazirlər Şurasında da eyni vəziyyətdir”, - deyə o vurğulayıb.

Bu arada isə Krım sahillərinə Rusiyanın Qara dəniz eskadrasının yaxınlaşdığı haqda məlumat yayılıb. Yerli mətbuatın yazdığına görə, hərbi gəmilərdə 11 min nəfər əsgər var.

Simferopol rayonunun Qvardeyski qəsəbəsinin aerodromuna isə bir neçə Tu-154 təyyarəsi enib. Təyyarələrdə hərbçilərin olduğu bildirilir..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR