Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə gedən Azərbaycan heyətinin tərkibi məlum olub

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə gedən Azərbaycan heyətinin tərkibi məlum olub
# 27 noyabr 2013 15:41 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Qadın İnstitutunun direktoru Səcidə Əbdülvahabova, “El” Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu , Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros Fondu) Azərbaycan bölümünün İdarə Heyətinin sabiq sədri İradə Bağırova daxildir.

Avropa Şurasının siyasət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək görüşdə münaqişədən kənar sahələrdə (elm, təhsil və s.) əməkdaşlıq yolu ilə münaqişənin tənzimlənməsinə yardım mövzusunda müzakirələr aparılacaq. Nümayəndə heyətinin üzvlərinə səfərdən dönənə qədər nümayəndə heyətinin tərkibi və müzakirə mövzusu ilə bağlı mətbuata açıqlama verməmək tapşırılıb.

Qeyd edək ki, Arzu Abdullayeva APA-ya açıqlamasında Ermənistan tərəfdən görüşdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin üzvü, “Konkord” siyasi və hüquq araşdırma mərkəzinin rəhbəri David Şahnazaryanın iştirak edəcəyinin dəqiqləşdiyini bildirmişdi.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR