Təhsil naziri bir sıra görüşlər keçirib

Təhsil naziri bir sıra görüşlər keçirib
# 03 oktyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə işçi səfərdə olan Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaitkus, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə ikitərəfli görüşlər keçirib. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Görüşlər zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ikitərəfli əlaqələrin genişləndirilməsi, ali təhsil müəssisələri arasındakı münasibətlərin inkişafı və tələbə mübadiləsi məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR