Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialının fəaliyyətinin dayandırılmasına aydınlıq gətirib - VİDEO

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialının fəaliyyətinin dayandırılmasına aydınlıq gətirib - <span style="color: red;">VİDEO
# 30 yanvar 2014 10:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb. O deyib ki, həmin filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib: “Əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq. Orada işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var ki, bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var və Müəllimlər İnstitutunun Gəncə filialının həm müəllimləri, həm də təhsil alanlar oraya yerləşdiriləcək. Pedaqoji müəllim kontingenti digər ərazilərdəki yaxın ali məktəblərə də yerləşdirilə bilər. Bu gün tədrisi aparmaq üçün müəllimlər ən azı magistraturanı bitirməlidir. Amma filiallarda elə insanlar var ki, onlar bakalavr üzrə təhsil aldıqdan sonra tədris aparır. Belə problemlər var və onlar barəsində də indidən düşünülür”.

Nazirlik nümayəndəsi Sumqayıt Dövlət Universitetində aparılan islahatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, universitetdə işdən azad olunan prorektorlar kafedra müdiri vəzifəsinə keçiriliblər: “Ora yeni rektor əvəzi Elxan Hüseynov təyin olub və ali məktəbdə müvafiq islahatlar həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR