Yunanıstanda terror təhlükəsi ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri görülüb

Yunanıstanda terror təhlükəsi ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri görülüb
# 23 yanvar 2014 09:11 (UTC +04:00)

Bakı - APA. Yunanıstan terror təhlükəsi ilə əlaqədar yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, polis mehmanxanalara, avtomobil yollarına və strateji əhəmiyyətli bir sıra digər obyektlərə (ümumilikdə 320 obyektə) nəzarəti gücləndirib.

Mühafizə olunan obyektin yaxınlığından keçən adamlar və avtomobillər yoxlanılır. Afinanın mərkəzindəki bəzi rayonlara giriş isə, ümumiyyətlə, qadağan olunub.

Qeyd edək ki, “17 noyabr” terror qruplaşmasının üzvü Xristodulos Ksiros yanvarın 20-də internetdə yaydığı videoyazıda bir sıra siyasətçilər, jurnalistlərə və sahibkarla qarşı terror aktı həyata keçiriləcəyini bəyan edib. Hazırda ABŞ və Britaniya xüsusi xidmət orqanlarının texniki dəstəyi ilə X.Ksirosun axtarışı həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR