Azərbaycan terrorçuluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib

Azərbaycan terrorçuluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib
# 26 sentyabr 2013 13:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, Bakı şəhər sakini, 49 yaşlı Nadir Şıxzadayev terrorçuluq, əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və bir sıra digər ağır cinayətlərdə təqsirli bilinir.

Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində axtarış elan etməklə tutulması üçün İnterpola müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR