ATƏT: “Slavyanskda saxlanılanlar hərbi müfəttişlərdi”

ATƏT: “Slavyanskda saxlanılanlar hərbi müfəttişlərdi”
# 25 aprel 2014 22:43 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in “Twitter”-dəki səhifəsində məlumat yayılıb.

Müfəttişlər 2011-ci ildə ATƏT-ə üzv ölkələrin Vyanada qəbul etdikləri “Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri haqqında” sənəd çərçivəsində Ukraynada səfərdədirlər.

Nümayəndə heyəti Almaniya, Çexiya, Damimarka, İsveç və Polşanı təmsil edən səkkiz nəfərdən ibarətdir.

Qeyd edək ki, əvvəl Slavyanskda saxlanılanların ATƏT-in müşahidə missiyasının nümayəndələri olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR