Ombudsmanın nümayəndələri Bakıdakı 3 saylı internat evində olublar

Ombudsmanın nümayəndələri Bakıdakı 3 saylı internat evində olublar
# 21 aprel 2014 09:16 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şağan qəsəbəsində yerləşən Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və saxlanma şəraitinin araşdırılması olub. Başçəkmədə MPQ üzvləri ilə yanaşı Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib.

Adı çəkilən müəssisə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib.

Başçəkmənin sonunda internat evinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Həmçinin Ombudsman tərəfindən bəzi təkliflərlə ƏƏSMN-nə müraciət ediləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR