I Bakı Beynəlxalq Memarlıq müsabiqəsinin qalibləri arasında erməni memar yer almayıb

I Bakı Beynəlxalq Memarlıq müsabiqəsinin qalibləri arasında erməni memar yer almayıb
# 04 noyabr 2013 10:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən I Bakı Beynəlxalq Memarlıq müsabiqəsinin qalibləri arasında erməni memar yer almayıb.

Azərbaycan Memarlar İttifaqının katibi Elçin Əliyevin APA-ya verdiyi məlumata görə, münsiflər heyətinin üzvləri müvafiq nominasiya üzrə təqdim olunan işi qiymətləndirməyiblər: “Ümumiyyətlə, müsabiqəyə təqdim olunan işlərin anonimliyini qorumaq üçün onlar konkret şifrə ilə münsiflərə təqdim edilirdi. Erməni memarın işi də münsiflərə şifrə ilə təqdim olunub. Yəni münsiflər heyətinin üzvləri təqdim olunan layihə ilə tanış olarkən müəllifinin hansı millətin nümayəndəsi olduğunu, hansı ölkədən göndərildiyini bilmirdilər. Sadəcə, erməni memarın göndərdiyi iş memarlıq nöqteyi-nəzərdən əhəmiyyətsiz olduğuna görə münsiflər onu qiymətləndirməyiblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR