Ötən il Klinik Tibbi Mərkəzə toksikoloji zəhərlənmələrlə bağlı 1230 müraciət olub

Ötən il Klinik Tibbi Mərkəzə toksikoloji zəhərlənmələrlə bağlı 1230 müraciət olub
# 14 yanvar 2014 13:02 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, ümumilikdə ötən il ərzində mərkəzə 1230 müraciət olub. Onlardan 670 nəfəri xəstəxanaya yerləşdirilib. 2012-ci ildə isə mərkəzə müraciət edən 1012 nəfərdən 621-i xəstəxanaya yerləşdirilib.

A. Maqsudov qeyd edib ki, 2013-cü il ərzində 480 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə müraciət edib və həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib: “Dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayında nisbətən azalma müşahidə olunub. Çünki 2012-ci ildə dəm qazı ilə müraciət edənlərin sayı 500-dən çox olub. Mərkəzə dərmanların təsiri nəticəsində allergik reaksiya nəticəsində zəhərlənmə ilə bağlı 120 müraciət, dərmanın əlavə təsiri kimi 46 müraciət olub. Bunlar daha çox antibiotik dərmanlardan qeydə alınıb. Dərmanların təsiri nəticəsində ölüm halı qeydə alınmayıb. Bundan əlavə, il ərzində sirkə turşusundan zəhərlənmə ilə bağlı 18 nəfər mərkəzə müraciət edib. Onlardan 2-si ölümlə nəticələnib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR