İlham Əliyev Hindistan prezidentini təbrik edib

İlham Əliyev Hindistan prezidentini təbrik edib
# 25 yanvar 2014 12:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Hindistan Respublikasının prezidenti Pranab Mukhercini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA – nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Milli bayramınız – Respublika günü münasibətilə Sizi və bütün Hindistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Hindistan əlaqələri zəngin ənənələrə malikdir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq və əməkdaşlığımızın inkişafı yolunda səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR