Gəncədə 8 yaşlı piyadanı maşın vurub

Gəncədə 8 yaşlı piyadanı maşın vurub
# 24 yanvar 2014 11:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yolu keçmək istəyən 8 yaşlı oğlanı maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Atatürk prospektində, “Xan bağı” istirahət parkının qarşısında baş verib. Şəhər sakini, 2006-cı il təvəllüdlü Həsən Vaqif oğlu Hümbətzadə yolu keçmək istəyərkən, şəhər sakini 1987-ci il təvəllüdlü Mirsadıx Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobil tərəfindən vurulub. 8 yaşlı piyada müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR