® Azərbaycanlı uroloq-cərrah Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin tam kəsiksiz üsulla götürülməsini həyata keçirib - FOTO

<font color=red>® </font> Azərbaycanlı uroloq-cərrah Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin tam kəsiksiz  üsulla götürülməsini həyata keçirib  - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 14:52 (UTC +04:00)

Bakı-APA. Fransa uroloq mütəxəssisi, doktor Araz Bayramov Cənubi Qafqazda ilk dəfə olaraq, ilk dəfə Klivlend Klinikasında tətbiq olunan tam klampajsız texnika ilə 56 yaşlı qadın xəstə üzərində böyrək şişlərinin qapalı, tam kəsiksiz üsulla (Laparoskopik Partial Nefrektomiya) götürülməsi əməliyyatını həyata keçirib.

Araz Bayramovun APA-ya verdiyi məlumata görə, bu üsulla böyrək əməliyyatları ancaq Avropanın ən məşhur klinikalarında həyata keçirilir.

Qeyd edək ki, Fransa uroloq mütəxəssisi Araz Bayramov Fransanın Lyon şəhərində 6 il müddətində çalışıb, Fransa və Avropa Uroloqlar Cəmiyyətinin aktiv üzvüdür, Azərbaycanda ilk dəfə laparoskopik uroloji əməliyyatları həyata keçirib və bu üsulla böyrək daşları və anomaliyalarının tam kəsiksiz üsulla müalicəsini həyata keçirir.

Azərbaycan səhiyyəsində bir çox yeniliklərə imza atmış Araz Bayramov xüsusən böyrək daşlarının tam kəsiksiz üsulla çıxarılmasını çox uğurla tətbiqini davam etdirir. “Mini Perc” adlanan yeniliklə böyrəkdə olan mərcanvari daşlar ən müasir üsulla çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR