“Bakıelektrikşəbəkə” borcu olan abunəçilərə xəbərdarlıq edib

“Bakıelektrikşəbəkə” borcu olan abunəçilərə xəbərdarlıq edib
# 16 may 2014 14:01 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə “Bakıelektrikşəbəkə” ASC-dən məlumat verilib.

Məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abunəçilərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24 saatdan sonra mümkün olacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abunəçilərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" tərəfindən çox ciddi tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR