Bu il Azərbaycanın ali məktəblərinə 62 nəfər imtahansız qəbul olacaq - VİDEO

Bu il Azərbaycanın ali məktəblərinə 62 nəfər imtahansız qəbul olacaq - <span style="color: red;">VİDEO
# 08 may 2014 08:23 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu il ölkənin ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib. Onun sözlərinə görə, ali məktəblərə müsabiqədənkənar qəbul olan 62 abituriyentin 1-i riyaziyyat fənni üzrə dünya fənn olimpiadasının, 1-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqənin, 60-ı isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.

Qeyd edək ki, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR