Ötən il məhkəmələrə daxil olan işlərin sayı artıb

Ötən il məhkəmələrə daxil olan işlərin sayı artıb
# 18 mart 2014 13:47 (UTC +04:00)

Şuradan APA-ya verilən məlumata görə, tədbirdə bildirilib ki, ölkəmizdə mülki dövriyyənin sürətlə artması məhkəmələrə müraciətlərin sayının ilbəil çoxalmasına səbəb olub, təkcə 2013-cü ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 13%, iqtisadi mübahisələr üzrə isə 30%-dək artıb. Ümumilikdə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli mübahisələrin sayı 8 dəfə artıb.

Qeyd olunub ki, korrupsiya hallarının qarşısının alınması məqsədilə hakimlərin vətəndaşlarla qeyri-prosessual ünsiyyəti qadağan edilib, şəffaflığının təmin edilməsi üçün yuxarı məhkəmələrin bütün qərarlarının, habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlarının dərci təsbit olunub.


Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb, hakimlər barədə 161 intizam icraatı başlanılıb.

Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. 2000-ci illə müqayisədə onların əmək haqqı 33 dəfə, o cümlədən ötən il xeyli artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR