““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda müsabiqə yekunlaşıb - VİDEO - FOTO

““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda müsabiqə yekunlaşıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 19 aprel 2014 09:03 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Şaiq Əsgərov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri və media qurumlarının rəhbərləri iştirak edib.

C. Bayramov tədbirdə çıxış edərək bildirib ki, medianın, KİV-in rolunun cəmiyyətin bütün sahələrinə təsiri danılmazdır: “Media təhsildə baş verən proseslər barəsində də cəmiyyətdə fikir formalaşdırır. Son 1 il ərzində Təhsil Nazirliyi KİV nümayəndələri ilə münasibətləri daha da yaxşılaşdıraraq, xoş əməkdaşlıq yaradıb. Bu münasibətin davamlı olması bizim üçün çox önəmlidir, ümidvaram ki, belə də olacaq”.

Daha sonra V. Səfərli çıxış edərək deyib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib: “Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla, hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşib”.

Sonda qaliblərə diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki mükafatlandırılanlar arasında APALent.az informasiya agentliklərinin əməkdaşları da var. Onlar “Təhsil Nazirliyinin fəxri diplomu” ilə təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR