Serbiyada güclü daşqınlar ölkədə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub

Serbiyada güclü daşqınlar ölkədə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub
# 16 may 2014 02:42 (UTC +04:00)

Bakı-APA. Serbiya güclü daşqınlar baş verməsi səbəbindən fövqəladə vəziyyət elan olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlər var. Hələlik 2 nəfərin ölümü təsdiqlənib.

DİN əməkdaşları daha çox ziyan dəymiş ərazilərdən 649 sakini evakuasiya edib.

Serbiya hökuməti yardım göstərilməsi xahişi ilə Rusiya hökumətinin rəhbəri D.Medvedevə, Avropa Komissiyasına və Sloveniya hökumətinə müraciət edib.

Belqradda 40 saat ərzində 2 aylıq normaya uyğun yağış yağdığı qeyd olunur. Sinoptiklər daşqınlara səbəb olmuş leysan yağışların həftənin sonunadək davam edəcəyini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR