Rusiyada iki avtobus toqquşdu, üç Azərbaycan vətəndaşı öldü - VİDEO

Rusiyada iki avtobus toqquşdu, üç Azərbaycan vətəndaşı öldü - <span style="color: red;">VİDEO
# 03 noyabr 2013 11:07 (UTC +04:00)

Qəza nəticəsində dörd nəfər, o cümlədən üç Azərbaycan vətəndaşı ölüb. Hadisə Moskva vaxtı ilə 7.40-da Stavropolun 331 kilometrliyində yerləşən Mineralvodsk rayonunda qeydə alınıb.

Maxaşqala-Soçi istiqamətində hərəkət edən avtobusda 39 nəfər olub, onlardan 34 nəfər 10-12 yaşlı uşaqlardır. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, xəsarət alanlar arasında uşaqlar yoxdur. Qəzada ölən azərbaycanlılar mikroavtobusun sürücüsü və iki sərnişindir. “Mersedes” markalı avtobusda isə uşaq futbol komandasının məşqçisi həlak olub. Xəsarət almış 6 sərnişindən ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Üç uşaq hospitala yerləşdirilib, digərləri isə Minvoddakı mədəniyyət evində göndəriliblər. İlkin məlumata görə, qəzaya “Reno” markalı mikroavtobusun sürücüsünün sükan arxasında yatması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR