FHN Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı yanğın-texniki müayinələrə start verib

FHN Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı yanğın-texniki müayinələrə start verib
# 20 iyun 2014 15:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yaradılmış İşçi Qrup 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə yanğın-texniki müayinələrə start verib.

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, İşçi Qrup tərəfindən bu günlərdə Bakı şəhərinin "Elit", "Clear", "AF hotel", "Vulkan", "Komfort İnn", "İron" otellərində, Qaradağ rayonundakı "SP", "Mavi dalğa", "Monteneqro İnn", "Lion Garden", "California-motel" hotellərində və Qobustan Milli Tarixi-Bədii Qoruğu Muzeyində yanğın-texniki müayinələr keçirilib. Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq qaydada tədbirlər görülüb.

Dövlət Yanğın Nəzarəti Xidmətinin həyata keçirdiyi yanğın təhlükəsizliyi tədbirlərində yanğın-texniki müayinələrlə yanaşı, müəssisələrin işçi heyəti ilə yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb, onlar müvafiq yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilib.

Bakı şəhərində keçirilmiş Gimnastika çempionatı ərəfəsində də İşçi Qrup tərəfindən zəruri profilaktiki tədbirlər görülüb. Tədbir keçirilən obyektdə və qonaqların yaşadığı "Olimpiya kəndi"ndə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bütün sutkalıq növbətçilik təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR