MDB-nin İcraiyyə Komitəsində ATƏT-lə bağlı məsləhətləşmələr keçirilib - FOTO

MDB-nin İcraiyyə Komitəsində ATƏT-lə bağlı məsləhətləşmələr keçirilib - <span style="color: red;">FOTO
# 02 noyabr 2013 08:48 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Minsk şəhərində (Belarus) MDB-nin İcraiyyə Komitəsində Xarici İşlər nazirlikləri arasında ATƏT-lə bağlı məsləhətləşmələr keçirilib.

APA-nın Komitənin Humanitar əməkdaşlıq, ümumi siyasi və sosial problemlər Departamentinə istinadən verdiyi məlumata əsasən, məsləhətləşmələr zamanı iştirakçılar MDB ölkələrinin ATƏT çərçivəsində əməkdaşlığı, «Helsinki+40» prosesi, həmçinin ATƏT-in Xarici işlər nazirləri Şurasının dekabrın 5-6-da Kiyevdə keçiriləcək XX toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Görüş iştirakçıları MDB-nin İcraiyyə Komitəsi və Antiterror Mərkəzinin ATƏT-in Katibliyi ilə əməkdaşlığının inkişaf etdirilməsinin lehinə çıxış ediblər.

Qeyd edək ki, iclasda Rusiya, Ukrayna, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələri iştirak ediblər. Azərbaycan isə məsləhətləşmələrə müşahidəçi qismində qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR