“Exspressbank”da problemli kreditlərin həcmi artıb

“Exspressbank”da problemli kreditlərin həcmi artıb
# 24 aprel 2014 13:47 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Exspressbank”in aktivlərinin həcmi 2014-cü ilin I rübündə 263,183 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,7% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 57,8% artaraq 187,96 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 57,975 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 97,6% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 4,305 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqaisədə təxminən 6 dəfə çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 5,2 dəfə artaraq 3,06 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 8,9% azalaraq 93,938 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 43,677 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 40% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 27,6% artaraq 130,368 mln. manata çatdığı halda, nizamnamə kapitalı 28,5% artaraq 112,317 mln. 48 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 53,7% artaraq 11,351 mln. manat, xərcləri isə təxminən 47.9% artaraq 6,128 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 63,65 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 70 bankomatı, 623 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR