Səhiyyə naziri ATU-nun Stomatoloji Tədris Mərkəzinə baxış keçirib - FOTOSESSİYA

Səhiyyə naziri ATU-nun Stomatoloji Tədris Mərkəzinə baxış keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2014 17:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində yaradılan Stomatoloji Tədris Mərkəzinə baxış keçirib.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraşdırılan yeni, Avropadan gətizdirilən avadanlıqlar barədə məlumat verib.

O bildirib ki, yalnız aparıcı ölkələrin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsində müstəsna əhəmiyyətə malikdir.

O.Şirəliyev isə Stomatoloji Mərkəzdə görülən işlər, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Nazirin sözlərinə görə, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.

Sonra O.Şirəliyev və Ə.Əmiraslanov ATU-nun 4 saylı tədris binasındakı vəziyyətlə, o cümlədən Elektron mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR