Gəncədə naməlum avtomobil 19 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb

Gəncədə naməlum avtomobil 19 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb
# 27 iyun 2013 14:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yol-nəqliyyat qəzası baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən, 1994-cü il təvəllüdlü Aygün Quliyevanı vurub. 19 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisəni törədən sürücün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR