Zaqatalada evdən külli miqdarda pul aparılması faktı barədə rəsmi məlumat açıqlanıb

Zaqatalada evdən külli miqdarda pul aparılması faktı barədə rəsmi məlumat açıqlanıb
# 07 dekabr 2013 10:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada ev sahibini döyərək evdən külli miqdarda pul oğurlanması faktı ilə bağlı məlumat yatıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-da saat 03 radələrində Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girmiş 3 maskalı şəxs onu və ailə üzvlərini döyüb, bıçaq və tapança ilə hədələyərək evdən 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR