Oğurluqda təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb

Oğurluqda təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb
# 17 may 2014 14:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda təqsirləndirilən şəxs tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avtodayanacaqda Bakı şəhər sakini Rafiq Abdinova məxsus «Mercedes» markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 200 manat oğurlanıb.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini İlqar Bayramov tutulub. Ondan 0,295 qram heroin götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR