Əli Hüseynli: “Səsvermə günü barmaqların rəngsiz mürəkkəbə batırılması bizim cəmiyyətdə müsbət qarşılanmır”

Əli Hüseynli: “Səsvermə günü barmaqların rəngsiz mürəkkəbə batırılması bizim cəmiyyətdə müsbət qarşılanmır”
# 16 dekabr 2013 11:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda seçki prosesində səsvermə günü barmaqların rəngsiz mürəkkəbə batırılması bizim cəmiyyətdə müsbət qarşılanmır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə keçirilən beynəlxalq seminarda seçkilərlə bağlı müzakirələrdə bildirib. O xatırladıb ki, barmaqların mürəkkəbə batırılmasının Seçki Məcəlləsinə salınmasını Azərbaycandan beynəlxalq qurumlar tələb edib: “Amma Qafqaz və Şərqin ən yaxşı ənənələrini, inam və dəqiqliyini özündə birləşdirən Azərbaycan xalqı tərəfdən bu məsələyə heç də müsbət reaksiya yoxdur. Buna baxmayaraq, biz bu təklifi beynəlxalq təşkilatlarla müsbət əlaqələri qoruyub saxlamaq xətrinə qəbul etdik”.

Komitə sədrinin sözlərinə görə, bütün hallarda qanuna uyğun olaraq seçki günü bütün seçicilər səsverməyə gələn zaman onlara bu mürəkkəblər vurulur ki, bu da digər məntəqələrdə ikinci dəfə səsvermə kimi sui-istifadənin qarşısını alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR