Con Kerri Münhendə Ukrayna müxalifətinin liderləri ilə görüşüb

Con Kerri Münhendə Ukrayna müxalifətinin liderləri ilə görüşüb
# 01 fevral 2014 18:10 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Münhendə Ukrayna müxalifətinin nümayəndələri ilə görüş keçirib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

“Dövlət katibi “Batkivşina” parlament fraksiyasının lideri Arseni Yatsenyuk və “UDAR” partiyasının rəhbəri Vitali Kliçko ilə görüşüb”, deyə ABŞ xarici siyasət idarəsinin məlumatında deyilir. Görüşün təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR