Salyanda gözətçini döyərək mağazadan pul oğurlayan şəxslər saxlanılıb

Salyanda gözətçini döyərək mağazadan pul oğurlayan şəxslər saxlanılıb
# 13 dekabr 2013 10:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda iki nəfər mağazanın gözətçisini döyərək pul oğurlayıblar. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunda baş verib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Səməd Səmədova məxsus mağazanın qapısını sındırıb gözətçi Xanbala Bağırovu döyərək əl-qolunu bağlayıb oradan 650 manat pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları aparmış Şirvan şəhər sakinləri Cavid Cəfərov və Asif Nadirov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR