Ərdəbildə zəlzələ olub

Ərdəbildə zəlzələ olub
# 05 iyun 2014 14:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Ərdəbil vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Ərdəbil vilayətinin Hir qəsəbəsinə təsadüf edib.

3.4 bal gücündə olan zəlzələ iyunun 5-də Bakı vaxtı ilə günorta saat 13:45-də yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Hirdən 8 km, Abibigludan 17 km və Ərdəbildən 27 km uzaqlıqda baş verib. İnsan itkisi və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR