ABŞ-da uydurma “erməni soyqırımı” ilə bağlı Senata təqdim olunmuş qanun layihəsinə qarşı məktub kampaniyası başlayıb

ABŞ-da uydurma “erməni soyqırımı” ilə bağlı Senata təqdim olunmuş qanun layihəsinə qarşı məktub kampaniyası başlayıb
# 10 aprel 2014 13:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ABŞ-dakı Türkiyə və Azərbaycan diaspora təşkilatları uydurma “erməni soyqırımı” ilə bağlı Senata təqdim olunmuş qanun layihəsinə qarşı məktub kampaniyasına başlayıblar.

APA-nın “Tuykishny” portalına istinadən yaydığı xəbərə görə, ermənipərəst senatorlar Robert Menendez, Mark Kirk tərəfindən təqdim olunan layihədə ABŞ prezidentindən uydurma “soyqırım”ın tanınması tələb olunur.

Türk Amerikan Dərnəkləri Assambleyası, Türk Amerikan Dərnəkləri Federasiyası, Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şurası tərəfindən dəstəklənən “Pax Turcica” platforması vasitəsilə başlanan kampaniya çərçivəsində senatorlara məktublar göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR