Baş prokuror Salyan sakininin evində asılmış vəziyyətdə aşkarlanması ilə bağlı cinayət işinin istintaqını nəzarətə götürüb

Baş prokuror Salyan sakininin evində asılmış vəziyyətdə aşkarlanması ilə bağlı cinayət işinin istintaqını nəzarətə götürüb
# 30 may 2014 11:02 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, vətəndaş Şirinbəyim Eyvazovanın müraciəti baş prokuror Zakir Qaralov tərəfindən xüsusi nəzarətə götürülüb. Ş. Eyvazovanın müraciətində göstərdiyi xüsusatların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə baş prokuror tərəfindən müvafiq göstəriş verilib.

Qeyd edək ki, Salyan rayonunun Aşağı Noxudlu kənd sakini Ş. Eyvazova mətbuat vasitəsi ilə baş prokuror Zakir Qaralova müraciət edərək, qızı Afət Ağakərim qızı Cəfərovanın (Eyvazova) 2 aprel 2014-cü il tarixində asılmış meyitinin yaşadığı evində aşkar olunduğunu bildirib.

Ana müraciətində övladının intihar etmədiyini, qızının ölüm işinin istintaqının obyektiv araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR