Yanukoviç Kiyevdə aksiyanın dağıdılmasını pisləyərək günahkarların cəzalandırılmasını tələb edib

Yanukoviç Kiyevdə aksiyanın dağıdılmasını pisləyərək günahkarların cəzalandırılmasını tələb edib
# 30 noyabr 2013 22:16 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin xalqa müraciətində deyilir. “Mən qarşıdurmaya və insanların iztirabına səbəb olmuş addımları pisləyirəm”, deyə prezident müraciətində bildirib.

Viktor Yanukoviç Baş Prokurorluqdan Müstəqillik meydanında baş vermiş insidentin istintaqının nəticələrini təcili şəkildə açıqlanmasını tələb edib.

“Günahkarların layiqincə cəzalandırılması üçün Ukraynanın Baş Prokurorluğundan obyektiv istintaqın nəticələrini mənə və Ukrayna xalqına təcili şəkildə təqdim olunmasını tələb edirəm”, deyə dövlət başçısı bəyan edib.

Xatırladaq ki, Ukrayna DİN-in “Berkut” xüsusi polis dəstəsi ötən gecə Kiyevin mərkəzindəki Müstəqillik meydanında etiraz aksiyasını dağıdıb. KİV-lər 40-dək xəsarət alanların olduğunu bildirir. Polis saxlanılan 35 nəfər barəsində inzibati protokol tərtib edib.

Hadisə ilə bağlı Kiyev milisi xuliqanlıq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət maddələri üzrə 2 cinayət işi açıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR