“Şahdəniz” konsorsiumu dənizdə quraşdırma işləri üzrə iri müqavilə imzalayıb

“Şahdəniz” konsorsiumu dənizdə quraşdırma işləri üzrə iri müqavilə imzalayıb
# 29 aprel 2014 15:21 (UTC +04:00)

“BP-Azərbaycan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Şahdəniz II” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 mlrd. dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin göstəricisidir.

Bu müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini və üç quraşdırma gəmisinin - “İsrafil Hüseynov” borudüzmə və “Tofiq İsmayılov” dalğıc gəmilərinin, həmçinin “Azərbaycan” kran barjının modernləşdirilməsini də əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalanma şərh edərkən deyib ki, bu müqavilə yekun investisiya qərarından bu vaxtadək bağlanmış 13-cü iri müqavilədir: “Ümumilikdə bu vaxtadək bağlanmış dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi Azərbaycanın daxilində həyata keçiriləcək. Biz məmnunuq ki, Şahdəniz II və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində yaxşı irəliləyiş var. Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlər başlanıb. Bütün bu böyük səylər və fəaliyyətlər bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR